Tramp–Ərdoğan dialoqu: Suriya üçün yeni mərhələ?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, telefon söhbəti zamanı tərəflər Türkiyə–ABŞ münasibətlərinin mövcud vəziyyətini müzakirə edib, həmçinin əsas regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Danışıq zamanı Ərdoğan vurğulayıb ki, Suriyada sülhün bərqərar olması və ölkənin terror təhlükələrindən tam şəkildə təmizlənməsi təkcə Suriyanın deyil, bütün Yaxın Şərq regionunun sabitliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Türkiyə lideri bildirib ki, regionda təhlükəsizlik və sabitliyin təmin olunması beynəlxalq əməkdaşlıq və koordinasiyalı addımlar tələb edir. Tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəldiyi qeyd olunub.
14:01 21.01.2026
Oxunuş sayı: 1029