Avropa Parlamentinin üzvləri İranda həlak olan etirazçıların xatirəsini yad ediblərlər
Avropa Parlamentinin üzvləri İranda həlak olan etirazçıların xatirəsini yad ediblər.
Crossmedia.az xəbər verir ki, Avropa Parlamentinin prezidenti Roberta Metsolanın təklifi ilə deputatlar ayağa qalxıb İrandakı etirazçılara dəstək göstərmək və son etirazlarda həlak olanların xatirəsini yad etmək məqsədilə təxminən bir dəqiqə əl çalıblar.
Deputatlara müraciət edən Metsola bildirib ki, İran xalqının "sükuta ehtiyacı yoxdur", çünki o, "47 ildir ki, zorla susdurulub".
Bu addım Metsolanın İranda etirazların zorakılıqla yatırılması ilə bağlı xəbərlərə cavab olaraq İslam Respublikasının diplomatlarının və digər nümayəndələrinin Avropa Parlamentinin binalarına girməsini qadağan etməsindən sonra atılıb.
12:44 21.01.2026
Oxunuş sayı: 1834