"Napoli"nin hücumçusu karyerasını İtaliyanın digər klubunda davam etdirə bilər
İtaliyanın "Napoli" klubunun hücumçusu Lorenzo Lukka karyerasını A Seriyasının digər təmsilçisi "Bolonya"da davam etdirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Corriere Dello Sport" nəşri məlumat yayıb.
Daha əvvəl futbolçunun "Piza"ya icarəyə veriləcəyi bildirilsə də, hazırda "Bolonya" onun xidmətində maraqlıdır.
Komandanın baş məşqçisi Vinçenso İtalyanonun qərarı niderlandlı hücumçu Teys Dallinqanın planlarından asılı olacaq. Belə ki, T.Dallinqa klubu tərk edəcəyi təqdirdə Lukkanın transferi mütləq reallaşacaq.
Qeyd edək ki, hazırda "Bolonya" İtaliya çempionatının turnir cədvəlində 30 xalla 8-ci pillədə qərarlaşıb.
12:06 21.01.2026
Oxunuş sayı: 1138