Tramp qərarını dəyişdi
ABŞ prezidenti Donald Tramp İsveçrədə keçiriləcək "World Economic Forum"da iştirak etmək üçün Davosa yola düşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, prezidentin uçuşu texniki gecikmə ilə başlayıb. "Endryus Hərbi Hava Qüvvələri" bazasından havaya qalxan "Air Force One" elektrik problemi səbəbindən qısa müddət sonra yenidən bazaya qayıdıb.
Hadisədən sonra Tramp və onu müşayiət edən nümayəndə heyəti — təxminən 300 nəfər — iki daha kiçik təyyarə ilə İsveçrəyə yola salınıb. Uçuşun təhlükəsizlik baxımından problem yaratmadığı bildirilib.
ABŞ prezidentinin Davosda bir sıra liderlər və biznes nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.
10:48 21.01.2026
Oxunuş sayı: 1077