"The Times" Qrenlandiyanın ABŞ-yə qoşulma yollarını açıqlayıb
"The Times" nəşri Qrenlandiyanın ABŞ-yə qoşulması üçün dörd mümkün variantı təqdim edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bunlar arasında ada ərazisinə hücum edib işğal etmək, Danimarkadan Qrenlandiyanı satın alaraq yerli əhaliyə böyük sərmayələr vəd etmək, Azad Assosiasiya Sazişi imzalamaq və Qrenlandiyanın Danimarka ərazisi statusunu qoruyub saxlamaqla ABŞ-ın hərbi mövcudluğunu artırmaq imkanları yer alır.
Nəşr qeyd edir ki, hər bir variant müxtəlif siyasi və iqtisadi nəticələrə səbəb ola bilər.
Nəzrin Abbas
13:42 07.01.2026
Oxunuş sayı: 2158