İranda polis etirazçıların “Xameneiyə ölüm” şüarlarını alqışladı
İranın Abdanan şəhərində keçirilən etiraz zamanı polis əməkdaşları nümayişçilərin “Diktator Xameneiyə ölüm” şüarlarını alqışlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, internetdə yayılan videolarda binanın damında duran polis məmurlarının etirazçılara əl yellədiyi və alqışladığı görünür. Etirazın səbəbləri və iştirakçıların sayı barədə əlavə məlumat verilməyib.
Nəzrin Abbas
11:58 07.01.2026
Oxunuş sayı: 2430