Azərbaycan ərazilərinin 13,4%-i mina və partlayıcılardan hələ də təmizlənməyib
Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu illərdə mina və digər partlayıcı qurğularla çirklənmiş ərazilərin təxminən 13,4 %-i, yəni 11 667 km² hələ də təmizlənməmiş qalır.
Crossmedia.az "The Belgium Times"da dərc olunmuş məqaləyə istinadən verdiyi xəbər verir ki, bu məlumatlar Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Azərbaycanın Brüsseldəki səfirliyində jurnalistlərlə görüşü zamanı təqdim edilib.
Materiallara əsasən, 1991-ci ildən bəri 3400-dən çox Azərbaycan vətəndaşı mina, PHS və digər partlayıcı qurğuların qurbanı olub. Təkcə 2020-ci ilin noyabrından 2023-cü ilin noyabrına qədər olan dövrdə 412 yeni hadisə qeydə alınıb, onlardan 341 nəfər yaralanıb, 71 nəfər həlak olub. (Report)
14:43 09.12.2025
Oxunuş sayı: 1057