Məhkəmə Yekaterinburqda saxlanılan azərbaycanlıların şikayətini təmin etməyib
Sverdlovsk vilayət məhkəməsi Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun müdafiəsinin apelyasiya şikayətini təmin etməyib.
Crossmedia.az xəbər verir ki, 2025-ci il oktyabrın 16-da Verx-İsetski Rayon Məhkəməsi onların həbs müddətini dekabrın 29-dək uzadıb. Onların vəkilləri həbs müddətinin yüngülləşdirilməsini və müttəhimlərin ev dustaqlığına keçirilməsini istəyib, lakin apellyasiya məhkəməsi onların vəsatətini təmin etməyib.
17:52 08.12.2025
Oxunuş sayı: 1049