Cənubi Koreya sualtı qayıqlarını modernləşdirir
Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) ROK Hərbi Dəniz Qüvvələrinin 10 ildən çox xidmət edən üç KSS-II (Tip 214) sualtı qayığının modernləşdirilməsi layihəsinə start verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumatda bildirilir ki, ümumilikdə bu sinifdən 2007–2020-ci illər arasında doqquz sualtı qayıq istismara verilib.
Layihənin məqsədi sualtı qayıqların müşahidə və zərbə imkanlarını artırmaqdır. HD Hyundai Heavy Industries tərəfindən icra olunacaq modernləşdirmə çərçivəsində döyüş idarəetmə sistemləri və hidroakustik lokatorlar müasir modellərlə əvəzlənəcək, mina aşkarlama və yan baxış sonarları kimi yeni avadanlıqlar quraşdırılacaq.
Layihəyə 2033-cü ilə qədər 319 milyon dollar ayrılıb. Modernləşdiriləcək sualtı qayıqlar aşağıdakılardır:
-
ROKS Son Won-il (SS 072)
-
ROKS Jeong Ji (SS 073)
-
ROKS An Jung-geun (SS 075)
Nəzrin Abbas
10:35 27.11.2025
Oxunuş sayı: 2050