Argentina Rafael Grossini BMT baş katibliyinə namizəd göstərib
Argentina hökuməti MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Grossinin BMT-nin baş katibi vəzifəsinə rəsmi namizəd kimi irəli sürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in açıqlamasına görə, Buenos-Ayres Grossinin beynəlxalq diplomatiya, nüvə təhlükəsizliyi və qlobal təhlükəsizlik məsələlərindəki təcrübəsini nəzərə alaraq onun BMT-yə rəhbərlik etmək üçün ən uyğun fiqurlardan biri olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırkı baş katib Antoniu Quterreşin 5 illik səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Onun növbəti müddətə namizədliyi nəzərdə tutulmur və bu səbəbdən BMT-də yeni baş katib seçilməsi üçün proses artıq başlayır.
Argentina tərəfi Rafael Grossinin namizədliyinin yaxın aylarda BMT üzv dövlətləri arasında müzakirə olunacağını bildirib. Bu seçki prosesinin 2026-cı ilə qədər davam edəcəyi gözlənilir.
10:07 27.11.2025
Oxunuş sayı: 2528