Ryutte: Putinə etibar etmək olmaz!
NATO-nun baş katibi Mark Ryutte Ukrayna üzrə mümkün sülh sazişinə ehtiyatla yanaşmağa çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinə "etibar etmək olmaz" və buna görə də razılaşma elə mexanizmlərlə təmin edilməlidir ki, Moskva şərtlərə əməl etməyə məcbur olsun.
Ryutte bildirib ki, hazırlanan saziş Rusiyanın və şəxsən prezident Putinin maraqlarına uyğun olacaq şəkildə qurulmalıdır ki, Moskva heç vaxt yenidən hücum etməyə cəsarət etməsin. O vurğulayıb ki, bunun əksi baş verəcəyi təqdirdə nəticələr "fəlakətli olacaq".
Nigar Yahyazadə
10:12 27.11.2025
Oxunuş sayı: 2390