Aİ: Orta Dəhliz Şimal marşrutuna etibarlı alternativ olacaq
Avropa İttifaqı Genişlənmə üzrə Komissarı Marta Kos Özbəkistanın Daşkənd şəhərində keçirilən Transxəzər Nəqliyyat Dəhlizi və Nəqliyyat Əlçatanlığı üzrə İnvestor Forumundan əvvəl bildirib ki, Aİ Transxəzər Nəqliyyat Marşrutunu, o cümlədən Orta Dəhlizi Şimal Marşrutuna etibarlı və uzunmüddətli alternativə çevirməyə sadiqdir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, Komissar bildirib ki, Orta Dəhliz Çin, Orta Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən strateji dəmir yolu və liman şəbəkəsidir və bu marşrut bölgədəki bütün ölkələr üçün geosiyasi və iqtisadi üstünlüklər yaradır.
Onun sözlərinə görə, Orta Dəhliz üzrə yükdaşımalar 2022-ci ildən bu yana dörd dəfə artıb və investisiyalar düzgün hədəflənərsə, 2030-cu ilə qədər üç dəfə də artması mümkündür. Bu məsələlər forumda əsas müzakirə mövzusu olacaq.
Nəzrin Abbas
09:25 27.11.2025
Oxunuş sayı: 2284