Rusiya Cənubi Qafqazda sülh prosesinə dəstəyini təsdiqləyib
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında barış prosesinə dair açıq və ardıcıl mövqe tutur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova üçtərəfli razılaşmaların bu gün də aktuallığını qoruduğunu və Bakı ilə İrəvan arasında sülh prosesinin yol xəritəsini təşkil etdiyini qeyd edib.
"Öz tərəfimizdən tərəfdaşlara Cənubi Qafqaz ölkələrinin və onların qonşularının maraqlarına uyğun qarşılıqlı qəbul edilən həll yoluna çıxmaq üçün tələb olunan dəstəyi göstərməyə hazırıq," — deyə o əlavə edib.
Rəsmi açıqlama bölgədə sülh və əməkdaşlığın möhkəmlənməsi istiqamətində Rusiyanın davamlı iştirakını nümayiş etdirir.
Nigar Yahyazadə
19:43 20.11.2025
Oxunuş sayı: 1048