İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb.
16:30 20.11.2025
Oxunuş sayı: 1276