Milli Məclisdə Azərbaycanın Almaniyanın bir sıra vilayətlərində baş konsulluğunun açılması təklif edilib
Milli Məclisdə Azərbaycanın Almaniyanın bir sıra vilayətlərində baş konsulluğunun açılması təklif edilib.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu məsələyə baxıla bilər:
"Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcək. Bəzi dövlətlərdə, səfirliklə yanaşı konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər".
12:01 20.11.2025
Oxunuş sayı: 1041