Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb
Ukraynanın Azərbaycandakı səfirliyində anım kitabı açılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev “X”də bildirib.
“Rusiyanın Ternopilə endirdiyi zərbə nəticəsində ən azı 25 nəfər həlak olub. Eyni zamanda, 3 uşaq və 73 nəfər yaralanıb. Biz onlayn başsağlığı kitabı açırıq.
Bu terror aktına qarşı güclü beynəlxalq reaksiya verməyə çağırırıq və qurbanların ailələrini dəstəyimizi ifadə edirik”, - paylaşımda qeyd edilib.

11:08 20.11.2025
Oxunuş sayı: 1173