Belarus nümayəndələrinə Azərbaycan XTQ-sinin bacarıqları nümayiş etdirilib
Azərbaycan və Belarus Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüş iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış əməkdaşlıq planı çərçivəsində baş tutub.
Səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini ziyarət ediblər.
Onlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Görüş zamanı tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.
Yekunda qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.
20:06 18.11.2025
Oxunuş sayı: 996