Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"
Malayziya ilə 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə azərbaycanlı mütəxəssisləri qısa zamanda bu ölkəyə ezam olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, bu məsələlərə dair razılaşma Azərbaycanda səfərdə olan Malayziyanın rabitə naziri Datuk Ahmad Fahmi Mohamed Fadzil ilə keçirilən görüşdə əldə olunub.
"Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - nazir qeyd edib.
20:04 18.11.2025
Oxunuş sayı: 969