Livan prezidenti Laricaniyə sərt mesaj göndərdi
Livan prezidenti Cozef Aun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricaniyə sərt şəkildə xitab edərək ona “Livan şiələri mənim məsuliyyətimdir, sənin yox” deyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Aun əlavə edib ki, davam edən regional gərginlik fonunda danışıqlar Livanın yeganə variantıdır və Hizbullahın hərbi qanadı artıq bitib, təşkilatın siyasi bürosu isə şərəfli həll yolu axtarır.
Prezident qeyd edib ki, ordunun ölkədə silahlara nəzarət edə bilməməsi xəbərləri əksinədir, ordunun legitimliyə və xalqın dəstəyinə sahib olduğunu və hökumətin ərazisində hakimiyyətini bərpa edəcəyini vurğulayıb.
19:19 18.11.2025
Oxunuş sayı: 933