İsrail–Suriya danışıqları dalana dirəndi
İsrail və Suriya arasında mümkün təhlükəsizlik razılaşması ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Kan News-un məlumatına görə, İsrail Əsəd rejiminin süqutundan sonra ələ keçirilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı Əl-Şaraanın tələbini qəbul etməyib.
İsrail geri çəkilməyə yalnız Suriya ilə hərtərəfli sülh razılaşması imzalanacağı halda razılıq verəcəyini bildirib.
19:07 18.11.2025
Oxunuş sayı: 975