Səudiyyə Ərəbistanında ağır qəza: Hindistanlı kişi ailəsinin 18 üzvünü itirdi
Hindistanın Heydərabad şəhərindən olan bir kişi Səudiyyə Ərəbistanında baş verən avtomobil qəzasında ailəsinin 18 üzvünü itirib. Hadisədən bir gün əvvəl o, onların hamısının birlikdə səyahət etməməsi üçün xahiş etmişdi.
Crossmedia.az xarici mediaya əsasən xəbər verir ki, qohumlar Məkkədə namazdan sonra Mədinəyə qayıdırmışlar.
Məhz bu zaman avtobus ağır yol qəzasına düşüb və içəridə olan 20 sərnişinin hamısı həlak olub. Zərərçəkmişlərin arasında 35 yaşlı Sayed Raşidin valideynləri, qardaşı, gəlinləri, üç uşağı və digər yaxınları da olub.
O bildirib ki, ailəsinə yolda bölünməyi tövsiyə etmişdi: “Onları son dəfə görəcəyimi ağlıma gətirməzdim. Əgər sözümə qulaq assaysaydılar, bəziləri sağ qala bilərdi”.
Türkanə Məşədiyeva
19:00 18.11.2025
Oxunuş sayı: 1022