Rusiyada politoloq Sergey Markova qarşı inzibati iş açılıb
Rusiyada tanınmış siyasət şərhçisi və “xarici agent” statusuna malik Sergey Markova qarşı inzibati iş açılıb. Məlumata görə, o, Rusiya Ədliyyə Nazirliyini öz fəaliyyəti barədə zamanında məlumatlandırmadığı üçün məsuliyyətə cəlb olunur. Hadisə ölkədə “xarici agent” qanunvericiliyinə nəzarətin daha da sərtləşdirildiyi dövrə təsadüf edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.
Bildirilir ki, iş Moskvanın Ostankino Rayon Məhkəməsində qeydə alınıb. Markova “xarici agent” statusu ilə bağlı tələblərin pozulması maddəsi üzrə ittiham irəli sürülüb.
Türkan Kərimli
18:40 18.11.2025
Oxunuş sayı: 1007