Con Herbst: ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərini yaxşılaşdırması regional əlaqələrə xidmət edir
ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərini yaxşılaşdırması regional əlaqələrə xidmət edir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri" sessiyasında deyib.
Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə həm Bakıya, həm də İrəvana bir-birilərinə qarşılıqlı güzəşt və maraqların tətbiqi üçün yol açır:
"Hazırda Tramp administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiyaya ciddi şəkildə diqqət yönəldib. Vaşinqton Azərbaycanla da, Ermənistanla da münasibətlərini yaxşılaşdırmaqdadır. Bu yaxınlaşma regional əlaqələrə, iqtisadi və təhlükəsizlik əməkdaşlığın xidmət edir".
Baş direktor həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının da region üçün çox vacib olduğunu bildirib. (Report)
10:12 18.11.2025
Oxunuş sayı: 1652