BMT Trampın Qəzza planını dəstəkləyib
BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həllinə dair təqdim etdiyi hərtərəfli planı dəstəkləyən qətnaməni qəbul edib. Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirir ki, səsvermə zamanı Şuranın 15 üzvündən 13-ü sənədin lehinə səs verib. Rusiya və Çin bu səsvermədə bitərəf qalıb.
ABŞ-ın təklif etdiyi plan Qəzza zolağında müvəqqəti idarəetmə orqanının yaradılmasını və iki illik mandatla sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.
Nəzrin Abbas
09:29 18.11.2025
Oxunuş sayı: 1288