Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün bundan sonra da öhdəmizə düşəni edəcəyik
Türkiyə Cənubi Qafqazın inkişafı üçün bundan sonra da öhdəsinə düşəni edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Türkiyə "Bir millət, iki dövlət!" anlayışı ilə bundan sonra da Azərbaycanın yanında olacaq:
"Cənubi Qafqazda sabitliyin bərqərar olması və iqtisadi inkişaf üçün bundan sonra da öhdəmizə düşəni edəcəyik".
20:26 17.11.2025
Oxunuş sayı: 1573