Ermənistan “Tashir” şirkətini lisenziyadan məhrum etdi
Ermənistanda rus oliqarx Samvel Karapetyana məxsus “Tashir Capital” şirkətinin “Armeniya Elektrik Şəbəkələri”ni idarəetmə lisenziyası ləğv edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada lisenziyanın ləğv edilməsinə səbəb bir sıra ciddi pozuntuların olduğu bildirilib. Onlar arasında abonentlərin hesablarında əlavə ödənişlərin tətbiqi, yeni müştərilərin qoşulmasında gecikmələr, eləcə də 690 milyon dollar dəyərində gizli zəmanətlərin bağlı şirkətlərə verilməsi və tənzimləyici orqana xəbər verilməməsi göstərilir.
Üç günlük iclasın nəticəsi olaraq qəbul edilən qərar şirkətin elektrik şəbəkələrinin idarə edilməsində fəaliyyətini dayandırmasını nəzərdə tutur.
Nigar Yahyazadə
18:50 17.11.2025
Oxunuş sayı: 1171