Odessadakı dron hücumu Rumıniya kəndinin təxliyəsinə səbəb oldu
Mediada yayılan məlumatlara görə, Odessada gecə baş verən hücumdan sonra Rumıniyanın Plauru kəndi təxliyə edilib.
Türkiyə bayrağı altında üzən maye qaz tankeri Orinda İzmail yaxınlığında dron zərbəsindən sonra alovlanıb və təhlükə səbəbindən sakinlər ərazidən çıxarılıb.
Bu barədə Crossmedia.az Euronews-a istinadən xəbər verir.
Rumıniya hakimiyyəti maye qaz yükünün sərhəd boyunca ciddi dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildirir.
18:45 17.11.2025
Oxunuş sayı: 1323