Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
"37 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə doğru yürüyən və Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edir, "Bir millət, iki dövlət" şüarı ilə hər zaman bir və birlikdə olacağımızı bir daha bəyan edirik", - deyə paylaşımda qeyd edilib.
13:56 17.11.2025
Oxunuş sayı: 1494