Daşkənddə keçirilən beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər
Daşkənddə keçirilən "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" mövzusunda beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər.
Crossmedia.az xəbər verir ki, sənəddə Mərkəzi Asiya ölkələri və Azərbaycanın institutları, beynəlxalq təşkilatları və mədəniyyət xadimlərinin birləşməsinin vacibliyi vurğulanır.
"Biz ortaq dəyərlərin qorunması, qarşılıqlı anlaşmanın təşviqi, eləcə də bilik və maarifin sülh, etimad və davamlı inkişafın əsasına çevrildiyi bir məkanın formalaşdırılması üçün dövlətləri öz institutlarını, təşkilatlarını və səylərini birləşdirməyə çağırırıq", - bəyannamənin mətnini oxuyan Özbəkistan Milli Elmlər Akademiyasının rəhbəri Şavkat Ayupov bildirib. (Report)
17:45 15.11.2025
Oxunuş sayı: 1104