Qərbi Azərbaycandan olan qaçqınların statusu üçün işçi qrup yaradılması təklif edilib
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İcmanın Hüquq Komissiyası daxilində işçi qrupunun yaradılmasını təkıif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransda danışıb.
İcmanın sədri qeyd edib ki, həmin işçi qrupu Qərbi Azərbaycandan olan qaçqınlarının statusu haqqında qanun layihəsinin hazırlanmasında iştirak edə bilər və layihə Milli Məclisə təqdim olunar.
13:27 15.11.2025
Oxunuş sayı: 1071