Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim edilib - Yenilənib
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Crossmedia.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Şuşakənd kəndinə qayıdan ailələrin sayı 61-ə (230 nəfər) çatıb.
13:12
Xocalı rayonuna yola salınan növbəti köş karvanı Şuşakənd kəndinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə kəndə 19 ailə (55 nəfər) köçürülüb.(Report)
13:12 14.11.2025
Oxunuş sayı: 1658