Azərbaycan HHQ komandanı təyyarə qəzasında şəhid olan türk hərbçiləri ilə vida mərasimində iştirak edib
Azərbaycan HHQ komandanı Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə keçirilən vida mərasimində iştirak edir.
Crossmedia.az-ın məlumatına görə Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada Mürted Hava Bazasında keçirilən vida mərasiminə qatılıb.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Bazasında vida mərasimi keçirilir. Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edir. Hərbçilərin 19-u bu gün dəfn ediləcək. Pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq. (Apa)
11:15 14.11.2025
Oxunuş sayı: 1419