Ronaldo: 2026 Dünya Çempionatı mənim üçün sonuncu olacaq
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo futbol karyerasını başa vurmağa hazırlaşır. O, bildirib ki, gələn il keçiriləcək Dünya Çempionatı onun üçün sonuncu olacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bu, həqiqətdir. Çünki o vaxt 41 yaşım olacaq. Daha əvvəl də demişdim, sadəcə, bu anın dadını çıxarıram,” – deyə Ronaldo qeyd edib.
Qeyd edək ki, ulduz futbolçu ötən həftə sonu karyerasının 953-cü qolunu vurub. Bir çoxları hesab edir ki, o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında 1000-ci qolunu vuraraq karyerasını tarixi göstərici ilə başa vura bilər.
Günel Verdiyeva
19:28 11.11.2025
Oxunuş sayı: 820