Türkiyə Ukraynanı danışıqları bərpa etməyə çağırır
Türkiyə Qərb tərəfdaşları ilə birlikdə Ukrayna münaqişəsinin həlli üçün danışıqların bərpasına çağırır və prosesin konkret addımlarla dəstəklənməsinin vacibliyini vurğulayır.
Crossmedia.az bu barədə Türkiyə mənbələrinə istinadən xəbər verir.
Bəyanatda bildirilir:
"Bunu konkret iş və konkret proseslərlə dəstəkləmək lazımdır. Türkiyə dəfələrlə danışıqların asanlaşdırılması üçün lazım olan istənilən vasitəçiliyi göstərməyə hazır olduğunu bəyan edib. Bu, birgə səy tələb edir."
Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prosesdə uduzan tərəflərin olmamasının vacibliyini qeyd edib.
Bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında keçirilən danışıqların dördüncü raundu ilə bağlı açıqlama verib. Nazir bildirib ki, Türkiyə İstanbulda liderlərin potensial sammitinə ev sahibliyi etməyə hazırdır və danışıqların əvvəlki raundlarının nəzərəçarpacaq nəticələr verdiyini vurğulayıb.
Xatırladaq ki, 23 iyul 2025-ci il tarixində İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski, tərəflərin memorandumlar üzrə mövqelərinin fərqli olduğunu açıqlayıb. Nəticədə isə hərbi və mülki heyətin mübadiləsi barədə razılıq əldə olunub.
18:13 11.11.2025
Oxunuş sayı: 858