Ukraynanın Rusiyaya hücumlarında 8 mülki şəxs həlak olub, 45 nəfər yaralanıb
Son bir həftə ərzində Ukraynanın Rusiya bölgələrinə endirdiyi hücumlar nəticəsində 8 mülki şəxs həlak olub, 6-sı azyaşlı olmaqla 45 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik “TASS” agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, yaralananların təxminən 70 faizi pilotsuz uçuş aparatlarının hücumları nəticəsində xəsarət alıb. Ən çox zərərçəkənlər Donetsk Xalq Respublikası, həmçinin Belqorod, Zaporojye və Xerson bölgələrində qeydə alınıb.
Miroşnik qeyd edib ki, hücumlar nəticəsində mülki infrastruktur obyektləri də ciddi zərər görüb və Rusiya tərəfi bu cür hücumların beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsini tələb edir.
Türkan Kərimli
13:21 11.11.2025
Oxunuş sayı: 1536