Ermənistan və Səudiyyə Ərəbistan iqtisadi əlaqələri genişləndirməyə hazırlaşır
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ər-Riyadda Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Feysal Əl İbrahimlə görüşüb.
Bu barədə Crossmedia.az Ermənistan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tərəflər texnologiya, enerji, kənd təsərrüfatı və turizm sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Səudiyyə Ərəbistan naziri Feysal Əl İbrahim ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlmiş əməkdaşlıq haqqında memorandum və digər sənədlərin imzalanmasında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, həmin sənədlərin icrası ikitərəfli əsasda həyata keçiriləcək.
Erməni nazir Gevorq Papoyan həmçinin həmkarına TRIPP və “Dünyanın kəsişməsi” təşəbbüslərini, eləcə də Ermənistanın investisiya mühitini təqdim edib.
Türkanə Məşədiyeva
12:02 11.11.2025
Oxunuş sayı: 1937