Qazaxıstan və Rusiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, onun Moskvaya səfəri zamanı əsas məqamlardan biri Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Bəyannamənin imzalanması olacaq.
Crossmedia.az bildirir ki, Tokayevin sözlərinə görə, bu sənəd iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olacaq, misilsiz qarşılıqlı etimadı təsdiqləyəcək və bütün istiqamətlər üzrə daha sıx əməkdaşlığa hazırlığı nümayiş etdirəcək. Prezident bu fikirləri “Rossiskaya qazeta”da dərc olunan “Əbədi dostluq – xalqlarımız üçün bələdçi ulduzdur” adlı məqaləsində qeyd edib.
10:26 11.11.2025
Oxunuş sayı: 1931