Suriya rəhbərliyi Bəşər Əsədin məsuliyyətə cəlb edilməsini vacib sayır
Suriya Prezidenti Əhməd əş-Şəraa “Fox News” telekanalına müsahibəsində bildirib ki, ölkə rəhbərliyi keçmiş prezident Bəşər Əsədin törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab edir.
Crossmedia.az bildirir ki, dövlət başçısının sözlərinə görə, ədalətin bərqərar olması üçün ədliyyə məsələləri üzrə xüsusi komissiya yaradılıb: “Ədalət təmin olunmalıdır. Biz hər kəsi, o cümlədən Bəşər Əsədi də törətdiyi əməllərə görə cavab verməsi üçün məsuliyyətə cəlb edəcəyik”.
10:25 11.11.2025
Oxunuş sayı: 2344