Yun Sok Yol hərbi çevriliş və PUA ittihamı ilə üzləşib
Cənubi Koreyanın devrilmiş prezidenti Yun Sok Yola, 2024-cü ilin dekabrında hərbi vəziyyət elanını əsaslandırmaq məqsədilə Şimali Koreya səmasında pilotsuz uçuş aparatlarından istifadə edərək gərginlik yaratmaqda ittiham irəli sürülüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vəzifədən kənarlaşdırıldıqdan və ordunun Milli Assambleyanı mühasirəyə almasından sonra həbs olunan Yun artıq vəzifə səlahiyyətlərindən sui-istifadə və çevrilişə rəhbərlik ittihamları ilə də üzləşib. Bu cinayətlər ölüm cəzası və ya ömürlük həbslə cəzalandırıla bilər.
Günel Verdiyeva
10:06 11.11.2025
Oxunuş sayı: 1646