İranda quraqlığın səbəbi kimi hicab siyasəti göstərildi
İran parlamentinin deputatı Kamran Qəzənfəri ölkə prezidenti Məsud Pezeşkianı hicabla bağlı siyasətinə görə tənqid edib. O, prezidentin hicab qaydalarına qarşı çıxışlarını ölkədə davam edən quraqlığın və su qıtlığının səbəbi adlandırıb.
Crossmedia.az xəbər verir ki, Qəzənfəri parlament iclasında Pezeşkiana müraciət edərək bildirib ki, onun hicab qanununa qarşı etirazları “bütün ölkə üzrə fəsadın yayılmasına” və bunun nəticəsində “ilahi bərəkətin azalmasına” gətirib çıxarıb.
“Cənab Pezeşkian, siz iffət və hicab qanunlarına qarşı çıxmaqla bu il ölkədə fəsad və əxlaqsızlığın yayılmasına səbəb oldunuz. Düşünmürsünüzmü ki, Uca Allah fəsadın artmasına görə bərəkətini azalda bilər? Yağıntıların azalmasının səbəbini öz günahlarınızda axtarın,” – deyə deputat bildirib.
Qəzənfəri həmçinin Qurandan sitat gətirərək qeyd edib ki, insanların Allahın əmrlərinə əməl etməsi “bərəkətin əsasıdır” və əks halda “Allahın nemətləri azalar.”
Pərvin Hacıyeva
23:40 10.11.2025
Oxunuş sayı: 1357