Ermənistana qarşı bəyanatlar təqiblər fonunda səslənib- Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla bağlı son bəyanatlara münasibət bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Diplomat bildirib ki, Ermənistana qarşı ‘hibrid müharibə’ barədə səsləndirilən bəyanatlar ölkədə bizim ölkə ilə əlaqələrin inkişafını dəstəkləyən şəxslərə qarşı təqiblər fonunda səslənir:
“Sanki son illərdə digər ölkələrdə, məsələn, Moldovada tətbiq olunan sınaqdan çıxmış sxemlər əsasında həyata keçirilir. Moskva Ermənistanla ikitərəfli münasibətləri müxtəlif formatlarda müzakirə etməyə hazırdır”.
Türkanə Məşədiyeva
23:21 10.11.2025
Oxunuş sayı: 1353