Tramp BBC-ni məhkəməyə verməklə təhdid edir
ABŞ Prezidenti Donald Tramp BBC-yə qarşı 1 milyard dollar dəyərində iddia açmaqla hədələyib.
BBC-nin verdiyi xəbərə görə, Tramp-un vəkilləri tərəfindən göndərilən məktubda proqramın 14 noyabra qədər silinmədiyi təqdirdə bu addımın atılacağı qeyd olunub.
Crossmedia.az bildirir ki, BBC ötən oktyabr ayında yayımladığı Panorama proqramında Trampın nitqinin iki hissəsini birləşdirərək onu 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu təşviq edirmiş kimi göstərib. Əslində isə o, sülh yolu ilə etirazın vacibliyindən danışırdı.
23:10 10.11.2025
Oxunuş sayı: 1165