Uttar-Pradeşdə vəkil qadına qarşı fiziki zorakılığ etdiyi üçün saxlanılıb
Hindistanda baş verən ciddi hüquq pozuntusu ictimaiyyəti şoka salıb. Uttar-Pradeş ştatında vəkil kimi fəaliyyət göstərən 40 yaşlı bir kişi, 2022-ci ildə qrup zorakılığı qurbanı olmuş 24 yaşlı bir qadına qarşı fiziki hücum edib.
Hadisənin detallarına görə, kişi qıza kompensasiya və məhkəmə prosesi ilə bağlı kömək göstərəcəyinə söz verib və bu məqsədlə onu Agradakı otellərin birinə dəvət edib.
Crossmedia.az bu barədə “The Times of India” qəzetinin məlumatına əsasən bildirir ki, fiziki hücum həyata keçirən şəxs, iki gün sonra polis tərəfindən saxlanılıb.
Şübhəli qaçmağa cəhd etsə də, hüquq-mühafizə orqanları onu tutmağa nail olub. Hadisə Hindistan cəmiyyətində və beynəlxalq media tərəfindən geniş işıqlandırılıb və hüquq-mühafizə orqanlarının bu cür cinayətləri araşdırmaqda nə qədər ciddi olduğunu göstərir.
Türkanə Məşədiyeva
22:13 10.11.2025
Oxunuş sayı: 1401