Dehlidə güclü partlayış - ölən və yaralananlar var
Hindistanın paytaxtında, Dehlidə baş verən avtomobil partlayışı nəticəsində ən azı 8 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış çox güclü olub və turistlərin sıx olduğu Dehlidə Qırmızı Qalanın yaxınlığında, metro stansiyasının ətrafında baş verib.
Hadisənin səbəbi hələ ki müəyyən edilməyib. Dehlidə təhlükəsizlik tədbirləri gücləndirilib və şəhər yüksək təhlükə siqnalı rejiminə keçirilib.
Türkanə Məşədiyeva
19:33 10.11.2025
Oxunuş sayı: 1399