Beynəlxalq Olimpiya Komitəsi oyunlarda transgender qaydalarını dəyişə bilər
Beynəlxalq Olimpiya Komitəsi (BOK) hazırda transgender idmançıların Olimpiya Oyunlarında qadınlar kateqoriyasında iştirak məsələsi ilə bağlı yeni elmi araşdırma üzərində işləyir.
Crossmedia.az bu barədə The Times nəşrinə istinadən xəbər verir. Beynəlxalq Olimpiya Komitəsi kişilərin qadınlara qarşı müəyyən fiziki üstünlüklərə malik olduğunu sübut edən elmi nəticələri təsdiqlədikdən sonra transgender idmançıların qadın yarışlarına buraxılmasını rəsmən qadağan etməyi planlaşdırır.
Söhbət əzələ gücü, sümük strukturu, hormon səviyyələri və idman performansına təsir edən digər bioloji faktorların müqayisəli araşdırılmasından gedir. Komitə hesab edir ki, əgər bu fərqlər elmi şəkildə tam təsdiqlənərsə, qadın kateqoriyalarında ədalətli rəqabəti qorumaq üçün yeni qaydalar tətbiq edilməlidir.
Bildirilir ki, yeni qaydalar 2026-cı ilin əvvəlində, İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı təşkilatın sessiyasında elan oluna bilər.
Türkanə Məşədiyeva
19:28 10.11.2025
Oxunuş sayı: 1336