Qazaxıstan buğdanı Azərbaycan üzərindən Ermənistana tədarük edəcək
Qazaxıstan Azərbaycan vasitəsilə Ermənistana hər ay 20 min tonadək buğda tədarük etməyə hazırdır. Hazırda Qazaxıstanın milli taxıl operatoru Ermənistandan yeni tərəfdaşlarla danışıqlar aparır.
Crossmedia.az bu barədə “Prodkorporasiya”-ya istinadən xəbər verir ki, tərəfdaşlar Qazaxıstan buğdasının davamlı və sabit tədarükü ilə maraqlıdırlar.
Bu addım regionda ərzaq təhlükəsizliyinin təmin edilməsi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qazaxıstanın Azərbaycan vasitəsilə Ermənistana tədarük planı həm ticarət, həm də logistika baxımından səmərəli hesab olunur, çünki Azərbaycan Ermənistanla sərhəd paylaşan ölkə olaraq daşınmanın sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verir. Eyni zamanda, bu layihə Qazaxıstan buğdasının region bazarlarında mövqeyini gücləndirir və Ermənistana ərzaq resurslarının stabilliyini təmin edir.
Türkanə Məşədiyeva
18:25 10.11.2025
Oxunuş sayı: 1301