Fransa məhkəməsi sabiq prezident Nikola Sarkozini azadlığa buraxdı
Fransanın sabiq prezidenti Nikola Sarkozi azadlığa buraxılıb.
Crossmedia.az bu barədə "Le Monde" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, o, məhkəmə nəzarəti altında azadlığa çıxacaq. Paris Apellyasiya Məhkəməsi Sarkozinin ilkin həbs qərarını əsassız hesab edib.
Fransa prokurorluğu da keçmiş prezidentin vaxtından əvvəl azadlığa buraxılmasına razılıq verib.
17:07 10.11.2025
Oxunuş sayı: 1478