Orban: ABŞ-ın Rusiya neftinə sanksiyaları Macarıstana şamil olunmayacaq
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, o və Donald Tramp arasında Macarıstanın ABŞ-ın Rusiya neftinə tətbiq etdiyi sanksiyalardan müddətsiz azad olunması ilə bağlı razılıq əldə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Orbanın sözlərinə görə, məsələ noyabrın 7-də Ağ Evdə keçirilən görüş zamanı müzakirə edilib.
“Prezident Tramp və mən razılığa gəldik ki, Macarıstan ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarından müddətsiz azad ediləcək. O, orada prezident, mən isə burada baş nazir olduğum müddətcə, bu sanksiyalar tətbiq olunmayacaq”, – Orban “Facebook” hesabında yazıb.
17:20 10.11.2025
Oxunuş sayı: 1293