Yermak Avropanı danışıqları sürətləndirməyə çağırdı
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini Ukrayna üçün həyati dərəcədə vacib adlandırıb.
Crossmedia.az “The Times” nəşrinə istinadən xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri bildirib ki, bu məsələ ilə bağlı Avropada danışıqlar sürətləndirilməlidir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təklifi əsasında Kiyev 140 milyard avro məbləğində “reparasiya krediti” ala bilər. Bu vəsait sonradan Rusiyadan alınacaq kompensasiyalar hesabına geri qaytarılacaq.
Lakin bu təşəbbüsə Belçikanın baş naziri Bart de Vever qarşı çıxıb.
Pərvin Hacıyeva
16:24 10.11.2025
Oxunuş sayı: 1420