Azərbaycanın dünyada xarici borcu ən az olan ölkələrdən biridir - Deputat
Azərbaycanın bu gün iqtisadi cəhətdən tam müstəqil dövlətə çevrilməsi təsadüf deyil. Bu, illərlə düşünülmüş və strateji şəkildə qurulmuş iqtisadi siyasətin, xüsusən də uzaqgörən enerji və neft diplomatiyasının nəticəsidir. Neft müqavilələrindən başlayan bu yol təkcə enerji sektorunun inkişafı ilə yekunlaşmadı, həm də ölkənin iqtisadi azadlığının təməlini qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasət sayəsində Azərbaycan bu gün nə maliyyə, nə enerji, nə də siyasi qərarlar baxımından heç bir ölkədən asılı deyil — əksinə, regional proseslərdə istiqamətverici gücə çevrilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib: "Azərbaycanın bu günki uğurları, o cümlədən hərbi sahədə zəfəri, torpaqların azad olunması, ərazi bütövlüyümüzün bərpa olunmasının kökündə bir neçə faktor var. Bu faktorlardan biri də bizim iqtisadi azadlığımız və suveren siyasətimizdir. Neftimizin, qazımızın dünya bazarlarına çıxarılması, bu sahədə yeni partnyorların qazanılması, uğurlu neft diplomatiyası bizim xarici siyasətin tərkib hissəsidir. Bunun da nəticəsində həm dünya miqyasında həm də beynəlxalq təşkilatlarda nüfuzumuz çoxalır. Bununla da investisiyalar və daxili məhsul artır. Dünyada az ölkə var ki, bizim kimi iqtisadi azadlığı olsun və xarici borclardan asılı olmasın. Azərbaycanın dünyada xarici borcu ən az olan ölkələrdən biridir".
Ayhan
16:11 10.11.2025
Oxunuş sayı: 1512